Sizin Reklam Burada

BAK sədri böhtanlara cavab verdi - Hər zaman dövlətimizə və xalqımıza sədaqətliyik

BAK sədri böhtanlara cavab verdi - Hər zaman dövlətimizə və xalqımıza sədaqətliyikBenilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov Almaniyada Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı keçirilən mitinqdən dönən avtobusların birində rəqs edən bir neçə şəxsin BAK-la əlaqələndirilməsi ittihamlarına cavab verib.

Avrasiya.net-in xəbərinə görə, verir ki, E.Məmməfov bildirib ki, 22.02.2020-ci ildə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Berlin şəhərində Ümumavropa Xocalıya ədalət mitinqi təşkil olunub. Həmin mitinqə Niderlandın müxtəlif şəhərlərindən 2 avtobusla 100 nəfərə yaxın azərbaycanlı da qatılıb: "Mitinqdən geri dönüşdə, avtobusların birində çox xoşa gəlməz bir hadisə baş verib. Avtobusda bir neçə Benilüks Azərbaycanlıları Konqresi ilə ümümiyyətlə heç bir əlaqəsi olmayan insanın rəqs etmələri görüntüləri yayılıb.

Bu hadisə hər kəsi olduğu kimi, bizi də dərindən sarsıtdı. O rəqs edən insanları mən şəxsən heç birini tanımıram, heç adlarını da bilmirəm. Məhz Benilüks Azərbaycanlılar Konqresi üzvlərinin qəti etirazından sonra bu biabırçılıq sona catıb".

E.Məmmədov onu da qeyd edib ki, həmin mitinqə isə onlar təyyarə ilə gedib, qayıdıblar.

"Axı həmi tədbir Ümum Avropa mitinqi idi və orada Benilüks Azərbaycanlıları Konqresindən başqa, ayrı təşkilatlar da varıydı. Bunu yazan insanlar əgər qərəzli yazmayıblar, nəyə görə o musiqini məhz BAK-ın üzvlərinin qəti etirazından sonra dayandığını yazmayıblar. Çünkü, burada qərəzli mövqe var" - deyib E.Məmmədov.

O da qeyd olunub ki, nədənsə bu gün Niderlandın mərkəzində BAK-ın və Qarabağ İdman Klubunun yeni ofisinin acılışından sonra, Elsevər Məmmədovun və Sahil Qasımovun adının bu cirkli məsələdə hallanması çox maraqlıdır:

"Benilüks Azəbaycanlıları Konqres hər zaman öz dövlətinə və xalqına sədaqətlə xidmət edib. Bu çirkli və alçaq işləri görənlər isə ən qısa zamanda öz cəzalarına çatacaqlar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər