Sizin Reklam Burada

Rus mediası erməni gizlinlərini açdı, ermənilər təşvişə düşdü

Rus mediası erməni gizlinlərini açdı, ermənilər təşvişə düşdü
“Nezavisimaya qazeta”da dərc olunmuş “Sumqayıt faciəsi. Nədən başladı və necə baş verdi” adlı məqalə Ermənistanın diplomatik və diaspor dairələrini təşvişə salıb.

Avrasiya.net İstiPress-ə istinadla xəbər verir ki, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan öz diplomatik resurslarından istifadə edərək, qəzeti məhkəməyə verəcəyini bildirib. "Danışır Moskva" (“Qovorit Moskva”) portalına müsahibə verən Toqanyan artıq Rusiya Baş Prokurorluğuna müraciət edərək qəzetə qarşı milli ədavət törətməklə bağlı cinaət işi başlamağı tələb etdiyini deyib. Daha öncə, Rusiya Erməniləri Birliyi qəzetdən təkzib tələb etmşidi.

Vardan Toqanyan isə qəzetdən təkzib tələb etmək niyyətində deyil. Məqalənin xüsusi xidmət orqanının, konkret olaraq KQB-nin (SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin) arxiv materialları əsasında hazırlandığını nəzərə alan erməni səfir bu cür materialların nə dərəcədə dəqiq olmasını deməyin çətin olduğunu iddia edib. Yəni təkzib etməyib, sadəcə, bu cür materialların Rusiyada ermənilərə qarşı nifrət oyatdığını deyib.

“Nezavisimaya qazeta”nın məqaləsində isə giriş KQB-nin Azərbaycan bölməsinin milliyyətcə gürcü olan əks-kəşfiyyat polkovniki Tomaz Kariçadzenin KQB-nin rəhbəri Vladimir Semiçatnıya 1963-cü ildə etdiyi məruzəsindən bəhs edilir. Yəni yetərincə ciddi mənbədir. Karçadze öz məruzəsində mərkəzi Eçmiadzində yerləşən erməni qriqoryan kilsəsinin nümayəndələrinin Bakıda və Xankəndidə (Stepanakert) millətçilik yaydığını və pul topladıqlarını yazır. O, keşişlərin moizələrində satqın erməniləri öldürüb, bunu azərbaycanlıların adına yazmağa çağırdıqlarını da qeyd edib. Onun yazdığına görə, kilsənin çoxdan topladığı ianələrə Şaumyan və Mikoyan kimi boşevik liderləri də vaxtilə pul verib. Onun fikrincə, ermənilər həmin pulu Qara dənizlə Xəzərin arasında Rostova qədər uzanan "böyük Ermənistan" qurmağı arzulayırlar. Məktubun nəticəsində Mikoyanın adamları Kariçadzeni tələsik pensiyaya yolayırlar.

Daha sonra məqalədə 1988-ci ilin 26-28 fevral günlərində Sumqayıt hadisələrinin necə başladığı qeyd edilir - milliyyətcə erməni Edik Qriqoryanın və onun vəzifəli qohumu - erməni Əkbər Balayevin özlərini azərbaycanlı kimi təqdim edərək talanlara rəhbərlik etmələrindən bəhs edir. Özünü İbrahim kimi təqdim edən Edik Qriqoryan İrəvanda azərbaycanlıların kütləvi qətl edilməsi ilə bağlı saxta şəkillər yayıb camaatı ermənilərdən qisas almağa çağırırmış. Şəhərdə “Kimyaçı” idman cəmiyətinin rəhbəri olan Əkbər Balayev də ona dəstək verirmiş.

Kütləvi iğtişaşa səbəb olmuş Qriqoryanın erməni Qriqori Mejlumyanın evinə hücum etdiyini, onu və arvadı Roza Mejlumyanı döydüyünü, qızları Lüdmila və Karinanı zorladığı da qeyd edilir. Qriqoryanın qurbanları arasında Anjela Petrosyan, Emma Qriqoryan və başqaları da olub. Məqalədə o da bildirilir ki, bütün bunlar sadəcə Qarabağı Azərbaycanın nəzarətindən çıxarmağa xidmət edirdi.

Təbii ki, məqalə ermənilərin Rostova qədər "böyük Ermənistan" qurmaq xəyalının detalların açır və rusları Şimali Qafqaz regionunda ayıq olmağa çağırır. Erməniləri məhz bu təşvişə salır və "ikinci Sumqayıt"ın onlar üçün çox ağır nəticələr gətirə biləcəyini anlayırlar. Çünki bilirlər ki, bu dəfə kütlənin önündə Qriqoyanlar yox, rus neo-faşistləri gedəcək və dünyanı ermənilərin başına dar edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər