Sizin Reklam Burada

İranda parlament seçkisi: neçə azərbaycanlı deputat seçildi?

İranda parlament seçkisi: neçə azərbaycanlı deputat seçildi?
İranda 11-ci parlament seçkilərinin ilkin nəticələri bəlli olub.

Bu barədə Güney Azərbaycan və İrandakı gündəm məsələləri üzrə ekspert Mehdi Nəimi Axar.az-a seçkinin nəticələri barədə danışarkən deyib.

“İran parlamentində 290 millət vəkili var idi. Onlardan ikisi vəfat etdi, ikisi istefaya getdi, biri isə İranın Rusiyadakı səfiri təyin edildi. Demək, 285 millət vəkili qalmışdı. Bu 285 millət vəkilindən 37-si 11-ci Məclis seçkilərində namizədliyini irəli sürmədi. 248 millət vəkili isə yenidən namizəd oldu. Onlardan yalnız 173-ü rəqabət apara bildi. 173 millət vəkilindən də yalnız 56-sı qələbə qazandı”, - M.Nəimi bildirib.

O qeyd edib ki, Güney Azərbaycan bölgəsindən namizədliyini irəli sürənlərdən 60-ı deputat seçilib:

“Ərdəbil əyalətindən 7, Qərbi Azərbaycandan 8, Şərqi Azərbaycandan 18, Zəncan və Qəzvindən hər biri 4, Qumdan 8, Həmədandan 9, Əlbürzdən isə 2 azərbaycanlı namizəd deputat mandatı alıb. Bu əyalətlərdən 6 namizəd isə 2-ci mərhələyə qalıb.

Güney Azərbaycandan kənarda seçilən azərbaycanlı millət vəkilləri də var, lakin bunların dəqiq statistikası hələlik məlum deyil”.

M.Nəimi vurğulayıb ki, seçkidə səsvermə hüququndan istifadə edən seçicilərin sayında azalma olub:

“İranda 31 əyalət var. Bu əyalət vətəndaşlarından yalnız 42 faizi səsvermə hüququndan istiadə edib. Əvvəlki illərdə bu göstərici 62 faiz təşkil edib. Ən az fəallıq isə Tehran, Əlbürz, Kürdüstan, İsfahan əyalətlərində olub”.

Qeyd edək ki, İranda keçirilən 11-ci parlament seçkilərində ümumilikdə 16 min nəfər namizədliyini irəli sürmüşdü.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər