Sizin Reklam Burada

Ərdoğan rus gəmilərinə qadağa qoyacaq - Sensasion iddia

Ərdoğan rus gəmilərinə qadağa qoyacaq - Sensasion iddiaRusiyanın “Nezavisimaya qazeta” nəşri Türkiyə-Rusiya əlaqələri ilə bağlı inanılmaz iddia ilə çıxış edib.

Axar.az xəbər verir ki, qəzetdə yayımlanan məqalədə Ankaranın İdlibdə gərginliyə, daha dəqiq desək, Rusiya ilə yaranan anlaşılmazlıqlara cavab olaraq İstanbul və Çanaqqala boğazlarından rus gəmilərnin keçidinə məhdudiyyət qoyacağı iddia edilib.

“Ankara Rusiya üçün boğazı bağlayacaq” başlıqlı məqalədə Ərdoğanın Rusiya planlarını dəstəkləməkdən imtina etdiyi vurğulanıb:

“Ankara Tu-154 təyyarəsi ve 2 Su-24M bombardmançı təyyarəsinin Türkiyə torpaqları üzərindən uçuşuna icazə vermədi. Rusiya ordusunun təyyarəsinə də qadağa qoyuldu. Təyyarə marşrutu dəyişərək Xəzər dənizi, İran və İraq üzərində uçuş etmək məcburiyyətində qaldı”.

Məqalədə həmçinin vurğulanır ki, ABŞ-ın təzyiqləri ilə İraqın da hava məkanını ruslara qapatması durumunda Rusiyanın Suriyadakı strateji bazaları olan Tartur və Hmeymim blokadada qalacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər