22 fev 13:33region

İrana ŞOK: qara siyahıya salındı

İrana ŞOK: qara siyahıya salındıİqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) nəzdindəki Maliyyə Fəaliyyəti Tapşırıq Qüvvələri (FATF) İranı boz siyahıdan çıxararaq qara siyahıya salıb.

Publika.az xəbər verir ki, İran terrorizmin maliyyələşdirilməsi və çirkli pulları yumaqda ittiham olunur.

FAFT-dan verilən açıqlamada İranın maliyyə sistemindəki strateji çatışmazlıqları həll etmək üçün 2016-cı ilin iyun ayında tətbiq etməyi üzərinə götürdüyü öhdəlikləri ehtiva edən planını doldurmadığı üçün “Ehtiyat tədbirləri üçün çağırış tələb edən yüksək riskli bir yurisdiksiya” statusuna alındığı bildirilib.

Həmçinin, İranın Palermo razılaşması və Terror Maliyyəçilərini Əngəlləmək Müqaviləsində qoyulan FAFT standartlarını tətbiq etmədiyi vurğulanıb.

FAFT müqavilənin tərəfləri olan ölkələrin aidiyyəti qurumlarında İran mərkəzli maliyyə qurumlarına nəzarətin və təzyiqin artırılması çağırışını edib.

Qeyd edək ki, FATF 1989-cu ildə G-7 ölkələri: ABŞ, Yaponiya, Almaniya, Fransa, İngiltərə, İtaliya və Kanada tərəfindən çirkli pulların yuyulmasının beynəlxalq səviyyədə qarşısının alınması məqsədilə qurulub.
XƏBƏR LENTİ
SORĞU