ABŞ bazasına hücumun yeni detalları... – SEPAH anons etdi
Dərc olunub:
7-02-2020, 15:22
İran Silahlı Qüvvələri, tezliklə, ABŞ-ın Eyn əl-Əsəd bazasına raket hücumunun yeni detallarını açıqlayacaq.
Axar.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə deyib.
“Çox şey hələ açılmayıb. Biz xalqa bu hücum barədə hər şeyi açmaq üçün iclas keçirmək istəyirik. Amerikalılar hücum zamanı İrandan elə də böyük olmayan şillə aldılar”, – deyə o bildirib.