Sizin Reklam Burada

Paşinyan oğlu ilə Qarabağda restoranda yeyib-içdi, sonra dava saldı

Paşinyan oğlu ilə Qarabağda restoranda yeyib-içdi, sonra dava saldıErmənistanın baş naziri Nikol Paşinyan ötən bazar günü Azərbaycanın işğal altındakı ərazilərində hərbi xidmət keçən oğluna baş çəkərkən yol kənarındakı restoranlardan birində yeyib-içib, sonra kassa qəbzi üstündə qalmaqal yaradıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu qalmaqal haqda özünün Facebook səhifəsində yazıb. Bildirib ki, ailəsi ilə birlikdə oğlu Aşota baş çəkməyə gedib. Onlar yol kənarındakı restoranda bir neçə saat oturublar və hesabı ödəyəndə işçi kassa qəbzi verməyib. Paşinyan qəbzi almaq üçün bir neçə dəfə cəhd edib, sonra özü piştaxtaya yaxınlaşıb və restoran əməkdaşlarının ona qəbz vermək üçün kassa aparatını qurdaladıqlarını görüb.

“Sonra məni adamlar nəsə müzakirə etmək üçün kənara çəkdi, amma qəbzi yenə gətirmədilər. Ofisiantlar dedilər ki, kassa aparatı təzədir və onların başı çıxmır”,-o bildirib.

Nəticədə Paşinyan qəbz ala bilməyib və elə oradan qondarma “dqr”in “vergi ximətinin rəisinə” zəng vurub. Qəbzlə bağlı ona “donos” verib, üstəlik deyib ki, restoran onlara əsgərlər üçün olan 10 faizlik güzəşt də təqdim edib. Bu isə büdcədən oğurlamaqdır.

Paşinyan əlavə edib ki, oğlu hərbi hissədən qısamüddətli məzuniyyət götürmüşdü və onlar restoranda təxminən 80 dollar xərclədilər.

Restoranın sahibi isə belə məlum olub ki, “kinorejissor və hərbi icmalçı”, vaxtaşırı olaraq Qarabağdakı işğalçı hərbi qüvvələr barədə reportajlar çəkən Arşak Zakaryan imiş. Və çox keçmədən Zakaryan özünün Facebook səhifəsində canlı yayımla Paşinyana sərt cavab verib.

O bildirib ki, bazar günü Paşinyan və ailə üzvləri Qarabağda onun restoranında nahar ediblər. Sonda Paşinyan əməkdaşlardan kassa qəbzi tələb edib. Əməkdaşlar aparatın xarab olduğunu görəndə bu haqda Paşinyana deyiblər. Paşinyan isə bunu eşidəndə birbaşa restoranda qalmaqal qaldırıb, əməkdaşları “əsgərin çörəyini oğurlamaqda” günahlandırıb.

“Bundan sonra o, Dağlıq Qarabağın “baş nazirinə” zəng vurub və tələb edib ki, obyektin sahibi cərimələnsin. Sonradan vergi işçiləri restorana gediblər və cərimə kəsiblər. Lakin restoran vergini fiksə olunmuş ödənişlər əsasında verir, kassa qəbzinin verilməməsi vergini gizlətmək hesab edilə blməz”,-Arşak Zakaryan bildirib.

O əlavə edib ki, daha çox cərimə ödəməyə hazırdır, amma Ermənistanın baş naziri onu “əsgərin çörəyini oğurlamaqda” ittiham etməklə təhqir edib.

“Mənim ordu üçün elədiklərimi sadalamağa ehtiyac yoxdur. Və birdən biz əsgərin çörəyini oğurlayanlar olduq? “Mənim addımım” bloku isə çörək verənlər oldu? Bu cür hay-küy və bizə yapışdırılan yarlıq baş nazirə, ümumiyyətlə, kişiyə yaraşan hərəkət deyil”,-o bildirib.

Zakaryan əlavə edib ki, onlar dağlarda yaşayır, Qarabağda biznes qurmaq elə də asan deyil. Ən yaxın mağaza təhlükəli Kəlbəcər aşırımlarında yerləşir. Nəsə almaq üçün 65 kilometr yol getmək lazıdır. Belə vəziyyətdə isə Paşinyan onu “əsgərin çörəyini oğurlamaqda” günahlandırır...

Bu həmin Zakaryandır ki, bir neçə il əvvəl işğalçı qüvvələrin döyüş mövqelərindən birində çəkiliş apararkən Goranboy istiqamətində Azərbaycan yaşayış məntəqələrini şəxsən atəşə tutmuşdu. Baxmayaraq ki, bu məlun "PRESS" yazılmış dəbilqə və gödəkçədə idi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər