Sizin Reklam Burada

Ermənistanın aldığı Su-30-larla bağlı - Sensasion faktlar

Ermənistanın aldığı Su-30-larla bağlı - Sensasion faktlarYanvarın 27-də Əlcəzairin şimal-şərqindəki Umm əl-Buaqi vilayətində Rusiya istehsalı olan Su-30SM qırıcı təyyarəsinin naməlum səbəbdən qəzaya uğraması barədə xəbər bu tipli aviasiya vasitələrinin təhlükəsizliyinin şübhə doğurduğu barədə mülahizələri növbəti dəfə gündəmə gətirdi. KİV-də yayılan məlumata görə, qırıcı təyyarənin hər iki pilotu katapult edə bilmədən həlak olublar. Ermənistanın Rusiyadan əldə etdiyi Su-30 nəslindən olan qırıcı təyyarələrin müxtəlif modifikasiyalarının qəzaya uğraması barədə bu günə kimi iyirmidən artıq statistik məlumat var.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş imkanlarının hesablanması üzrə mütəxəssisi, ehtiyatda olan polkovnik Oqtay Bədəlov Azərtac-a açıqlamasında bildirib.

O.Bədəlov qeyd edib ki, Su-30 qırıcılarının qəzaya uğraması hallarının artmasından əlavə, onların döyüş keyfiyyətlərinin köhnəliyi və müasir standartlara cavab verməməsi də diqqət çəkir: “Maraqlı bir faktı açıqlayım. Məsələn, keçən əsrin 90-cı illərindən Su-30MKİ qırıcıları Hindistan HHQ-nin silahlanmasında əsas yerlərdən birini tutur. Hindistanda Su-30MKİ qırıcılarının iştirakı ilə baş verən aviasiya qəzaları və insidentlərin 10 faizindən çoxu məhz bu tip təyyarələrin quş sürüsü ilə toqquşması nəticəsində baş verib. Müasir dövrdə baş verən silahlı münaqişələrdə istifadəsi çətin və təhlükələrə qarşı perspektivsiz olan Su-30 təyyarələrinin istismarı çox baha başa gəlir. Belə ki, bu təyyarələrin bir saatlıq uçuşuna sərf olunan məbləğ təqribən 50 min ABŞ dollarından artıqdır. Manevr imkanlarının məhdud və istismarının bahalı olması cari ilin martından “Hindustan Aeronautics” şirkətinin bu tip təyyarələrin istehsalını dayandırması barədə qərar qəbul etməsinə səbəb olub.

Bundan başqa, Malayziya Hərbi Hava Qüvvələrinin silahlanmasındakı Su-30 tipli 28 təyyarədən yalnız 4-ü döyüş qabiliyyətlidir. Digərləri isə bərpa məqsədilə uzun müddətdir təmir zavodlarında saxlanılır”.

Ekspertin fikrincə, bu günə qədər baş vermiş qəzalar bir daha göstərir ki, Ermənistanın ağız dolusu danışdığı Su-30 qırıcı təyyarələri heç də şişirdiləcək qədər döyüş imkanlarına malik deyil. Bu səbəbdən Su-30 təyyarələri ilə bağlı Ermənistan hərbi-siyasi rəhbərliyinin səsləndirdiyi fikirlər erməni ictimaiyyətində mənəvi-psixoloji baxımdan tamamilə çökmüş ordunun nüfuzunun artırılması istiqamətində atılan addım olaraq qiymətləndirilməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər