İrandan nüvə silahları ilə bağlı kritik addım
Dərc olunub:
28-01-2020, 16:22
İran Nüvə Silahının Yayılmaması Haqqında Müqavilədən çıxa bilər.
Publika.az xəbər verir ki, iranlı millət vəkilləri bu barədə parlamentdə təklif irəli sürüb.
IRNA-nın xəbərinə görə, Əhməd Əmirabadi Fəraxani məsələ ilə bağlı iki qanun təklifini təqdim edib.
Birinci təklif Nüvə Silahının Yayılmaması Haqqında Müqavilədən (NPT) çıxmağı, digəri isə ABŞ-ın Tehrana qarşı təktərəfli sanksiyalarında əməkdaşlıq edən ölkələrin cəzalandırılmasını ehtiva edir.
Qeyd edək ki, İranla ABŞ, Çin, Fransa, Almaniya, Rusiya və Böyük Britaniya arasında 2015-ci ildə imzalanan müqaviləyə görə, rəsmi Tehranın nüvə fəaliyyəti nəzarətdə saxlanmalı idi. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ birtərəfli qaydada bu sazişdən imtina etdi.