Sizin Reklam Burada

“Ermənistan hökuməti ölmüş keçmiş döyüşçülərə və onların ailələrinə məhəl qoymur”

“Ermənistan hökuməti ölmüş keçmiş döyüşçülərə və onların ailələrinə məhəl qoymur”“Baş nazir görüş zamanı mən dedim ki, istəyirsən “1 Mart” qurbanlarının hüquqi varislərinə 300 milyon ver, bu, bizi maraqlandırmır, ancaq müharibədə ölənlərin yaxınlarına da eyni standartlarda şamil etmək lazımdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölmüş erməni hərbi qulluqçunun anası, “Əsgər” koordinasiya şurasının sədri Marqarita Xaçatryan deyib.

Ermənistanın “Müdafiəçi” ictimai təşkilatının sədri, keçmiş döyüşçü Anahit Qriqoryan keçmiş hakimiyyətə nə üçün müraciət etmədikləri ilə bağlı ittihamlara cavab verib.

“Keçmiş hakimiyyətə də müraciət etmişik. Prezident Robert Köçəryan bizi qəbul edib “Marqarita xanım, siz nə istəyirsiniz” sualını verəndə Marqarita dedi ki, mən on dəqiqəlik öz oğlumu istəyirəm”, - deyə Qriqoryan bildirib.

Onun sözlərinə görə, onlar 1998-ci ildən etibarən fəaliyyət göstərən bütün hakimiyyətlərə müraciət ediblər.

“Bizi istisna qoymayın” ictimai təşkilatının sədri Satik Xlğatyanın sözlərinə görə, Paşinyanla görüşdən sonra heç bir məsələ həllini tapmayıb.

“Hökumət bir daha sübut edir ki, ölmüş keçmiş döyüşçülərə və onların ailələrinə məhəl qoymur”, - deyə o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər