Sizin Reklam Burada

Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 20-yə çatdı - YENİLƏNİB

Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 20-yə çatdı - YENİLƏNİB
Türkiyənin şərqindəki Elazığ vilayətində yerli vaxtla saat 03:48 6,8 gücündə yeraltı təkanlar qeydə alınıb.

Türkiyə KİV-nin verdiyi məlumata görə, baş verən ardıcıl zəlzələlərdə 20 nəfər həlak olub, 1000-dən çox insan yaralanıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir. Təbii fəlakətin baş verdiyi Elazığ və Malatya vilayətlərinə çox sayda ağır texnika cəlb olunub. Ölənlərdən 15-i Elazığ, 5-ü isə Malatyada həyatını itirib.

XXX

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Türkiyə mediasına istinadən xəbər veririk ki, uçan 6 mərtəbəli yaşayış binasının dağıntıları altından 1 nəfər yaralı çıxarılıb. Hazırda dağıntılar altında qalanların xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.

***

"Türkiyədə zəlzələ nəticəsində 4 nəfərin ölməsi haqqında məlumatlar var".

Bu barədə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

Məlumata görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb.

Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.

***

Türkiyədə güclü zəlzələ oldu.

6,8 bal gücündə yeraltı təkanlar Elazığ vilayətinin Sivricə rayonunda qeydə alınıb.

Məlumata görə, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.

Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib.

Tələfat barədə hələlik məlumat verilməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər