Sizin Reklam Burada

Rusiya və Azərbaycana məxsus yük maşınları toqquşdu: ölən var

Rusiya və Azərbaycana məxsus yük maşınları toqquşdu: ölən var
Lənkəranda Rusiya və Azərbaycana məxsus yük maşınları toqquşması nəticəsində sürücülərdən biri ölüb.

Report-un xəbərinə görə, xəbərə görə hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 196-cı km-də, Lənkəran rayonunun Girdəni kəndindən keçən ərazisində baş verib.

Belə ki, Rusiya Federasiyasına məxsus qoşqulu yük maşını - "TIR" və "Qazel" markalı yük maşınları toqquşub. Nəticədə Cəlilabad rayon sakininin (şəxsiyyəti məlum deyil) idarə etdiyi "Qazel" markalı yük maşını alışıb. İçərisində taxıl dolu yük olduğundan yük maşını sürətlə alovlanıb. Yük maşınında sərnişin olan Cəlilabad rayon Alar kənd sakini 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov xəsarət alıb.

Hadisə yerinə FHN-in xilasetmə briqadası və Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb edilib. Yanaraq ölmüş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin isə TTSTY-nin "113" xidməti maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər