Sizin Reklam Burada

"İrandakı rejim dəyişməlidir"

"İrandakı rejim dəyişməlidir"“Yaxın Şərqdəki problemləri həll etmək üçün İrandakı rejim dəyişməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Kanadanın keçmiş baş naziri Jozef Harper deyib.

Ukrayna sərnişin təyyarəsinin Tehranda hava hücumunda müdafiə sistemləri ilə vurulması haqda danışan Harper bildirib: “Bu, sizə rejimin əsl mahiyyətini göstərir”.

Keçmiş baş nazir İranın dini-siyasi hakimiyyətini bölgənin təhlükəsizliyini təhdid etməkdə ittiham edib:

“Yaxın Şərqdə sülh istəyirsinizsə, əvvəlcə İrandakı rejim dəyişməlidir. Ukrayna təyyarəsinin vurulmasından sonra İrandakı etiraz aksiyalarının miqyasının daha da genişlənəcəyini düşünürəm. Məncə, bu, Yaxın Şərqdəki problemlərin həlli üçün bir fürsət olacaq. Bunun tezliklə olub bitəcəyini demirəm, amma İrandakı rejim dəyişikliyi Yaxın Şərqdəki problemlərin həllinə təkan verəcək. Bu, Yaxın Şərqin xaosdan xilas olması deməkdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər