Sizin Reklam Burada

İran təyyarəni səhvən vurmayıb - SENSASİYA

İran təyyarəni səhvən vurmayıb - SENSASİYAUkrayna Hava Yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsi Tehranda iki raketlə vurulub.

Publika.az xəbər verir ki, bu barədə “New-York Times” informasiya yayıb.

Nəşrin hadisənin şahidi olan bir iranlı tərəfindən çəkilən videonu analiz etməsi nəticəsində təyyarənin 30 saniyə fasilə ilə iki raket hücumuna məruz qaldığı ortaya çıxıb. Xəbərdə raketlərin 13 km məsafədə yerləşən hərbi bazadan çıxdığı qeyd olunub. İlk raket hədəfə çatdıqdan sonra təyyarənin transponderi (peyk alış-verişi) sıradan çıxıb.

Məhz bu görüntülər təyyarənin səhvən vurulması variantını şübhə altına alır.

Qeyd edək ki, Tehrandan Kiyevə getmək üzrə havaya qalxan “Boeing 737” tipli sərnişin təyyarəsi İranın hava hücumundan müdafiə kompleksləri tərəfindən vurulmuşdu. Nəticədə, 176 nəfər həlak olmuşdu. Onlardan 82-i iranlı, 63-ü kanadalı, 11-i ukraynalı, 10-u isveçli, 4-ü əfqan, 3-ü alman, 3-ü isə ingilis olub.

İran rəsmiləri təyyarənin səhvən vurulduğunu qəzadan 3 gün sonra etiraf etmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər