Sizin Reklam Burada

Rövşən Lənkəranskinin qardaşına yeni vəzifə verilir? - Namiq Canıyev “iz”ləri itirir

Rövşən Lənkəranskinin qardaşına yeni vəzifə verilir? - Namiq Canıyev “iz”ləri itirir
2016-cı ili ilin avqustunda İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı, gömrük orqanlarında yüksək vəzifə tutmuş polkovnik Namiq Canıyev yenidən fəallaşıb.

Namiq Canıyev yerli saytlarda özü barəsində olan bütün materialları tez-tələsik sildirməyə başlayıb.

Qeyd edək ki, Rövşən Lənkəranskinin sağlığında ara-sıra medianın diqqətinə tuş gələn Namiq Canıyev qardaşının qətlindən sonra mətbuatda daha tez-tez görünürdü.

Gömrük polkovniki ilə bağlı ən səs-küylü olay isə onun 2017-ci ilin noyabrında İstanbulda kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) qarşı 11 nəfərlik qrupla sui-qəsd təşkil etməsi oldu.

Səlifovun öldürülməsinə uğursuz cəhd nəticəsində həbs olunan Canıyev təqribən 2 ay İstanbul həbsxanasında saxlanıldıqdan sonra tanınmış iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun köməyi ilə 2018-ci il yanvarın 9-da azadlığa buraxılmışdı.

Son iki ildə ortalıqda görünməyən Namiq Canıyevin yenidən özünü xatırlatması, bu çərçivədə mediada barəsində yayımlanmış materialları sildirməyə başlaması onun hansısa ciddi hazırlıq ərəfəsində olduğunu söyləməyə əsas verir.

Bu xüsusda ən real ehtimal isə onun keçmişinə dair neqativ “iz”ləri belə sürətlə sildirməsinin arxasında yüksək vəzifəyə təyinat gözləntisinin dayanması ilə bağlıdır. /Yenicag.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər