İrəvan Kiyevlə bütün körpüləri yandırdı
Dərc olunub:
10-01-2020, 10:54
İrəvan və Simferopol arasında cari ilin martında mütəmadi aviareyslərin açılması planlaşdırılır.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Krım parlamentinin Turizm, İdman və Kurort Komitəsinin sədri Aleksey Çernyak deyib. Onun sözlərinə görə, “İkar” avirşirkəti artıq bu işi gerçəkləşdirmək üçün lazımi icazələr alıb.
O, uçuşların martdan etibarən həftədə iki dəfə reallaşdırılmasının planlaşdırıldığını bildirib.
Çernyak bu aviamarşrutun Krımın anneksiyasından sonra gerçəkləşdirilən ilk beynəlxalq reys olduğunu söyləyib.