Sensasiya: İran Ukrayna təyyarəsini özü vurub?..
Dərc olunub:
8-01-2020, 10:46
Ukraynanın sərnişin təyyarəsi İranda raket zərbəsi nəticəsində qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu iddia ilə İordaniyanın “Əl Adat” qəzeti çıxış edib. Qəzetin iddiasına görə, təyyarə İranın ABŞ-ın İraqdakı bazasına atdığı raketlərdən birinə tuş gəlməsi ucbatından partlayıb.
Məlumatda Ukrayna təyyarəsinin Tehran hava limanından qalxma vaxtının İranın raket hücumlarını başlatmasıyla eyni vaxtda düşdüyü də xatırladılıb.