08 yan 10:43region

İranda dəhşətli təyyarə qəzası: 167 nəfər öldü - Anbaan video

İranda dəhşətli təyyarə qəzası: 167 nəfər öldü - Anbaan videoİranda Ukrayna sərnişinlərinin olduğu Boinq-737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb. Hava limanının rəhbəri məlumatı təsdiqləyib.

RİA təyyarədə olan 180 sərnişinin hamısının öldüyünü yazıb.

***

RİA-nın yaydığı son məlumata görə, qəza zamanı təyyarədə 167 sərnişin olub.

***

İranın xilasetmə xidmətləri Tehranda qəzaya uğrayan Ukraynaya məxsus Boinq-737 təyyarəsinin qara qutusunu aşkar ediblər.

***

Qəzada həlak olanların əksəriyyəti İran vətəndaşlarıdır.

Bu barədə İranın Fövqəladə Hallar İdarəsinin rəhbəri məlumat verib.

XƏBƏR LENTİ
SORĞU