Öcalanın dayısı oğlu məhv edildi
Dərc olunub:
3-01-2020, 15:20
Türkiyə Milli İstehbarat Təşkilatı İraqın şimalında PKK-nın kəşfiyyat məsələlərinə nəzarət edən şəxsini məhv edib.
Axar.az xəbər verir ki, öldürülən şəxs "Koçer" ləqəbli Mətin Arslan olub. Onun 2019-cu ilin noyabrının ilk həftəsində Sincarda öldürüldüyü vurğulanıb.
Qeyd edək ki, Mətin Arslan Türkiyənin indiyə qədər ən çox axtardığı terrorçulardan olub. O, PKK lideri Abdullah Öcalanın dayısı oğludur.