25 dek 11:46region

Üç ölkə Ankarada hərbi əməkdaşlığı müzakirə etdi

Üç ölkə Ankarada hərbi əməkdaşlığı müzakirə etdiGürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təkbətək görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

İ.Qaribaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib. O, Türkiyə tərəfinə Gürcüstanın Müdafiə Qüvvələri sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Tərəflər həmçinin Türkiyə və Gürcüstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini və bu sahədə əlaqələrin daha da dərinləşdirilməsini müzakirə ediblər. Görüşdə müdafiə sahəsində Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına da xüsusi diqqət ayrılıb və bu əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Geniş tərkibdə davam etdirilən görüşdə Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri və gələcək planlar ətrafında fikir mübadiləsi aparılıb./report/
XƏBƏR LENTİ
SORĞU