12 dek 17:56region

PKK dağılır: Daha 4 terrorçu təslim oldu

PKK dağılır: Daha 4 terrorçu təslim olduTerrorçu təşkilatın sıralarında döyüşənlər hər vasitə ilə oradan qaçnmağa can atır.

Bu proses Türkiyə Silahlı Qüvvələrinin (TSQ) həyata keçirdiyi uğrulu anti-terror əməliyyatlarından sonra daha da sürətlənib. Son günlərdə canlarını bu terrorçu təşkilatdan qurtaranlar könlüllü şəkildə Türk ordusuna təslim olmaqdadır.

Avrasiya.net xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi də məsələ ilə yaydığı məlumatda son günlərdə PKK terrorçu təşkilatının parçalanması daha da sürətlənib:

“Son olaraq İraqın şimalındakı düşərgələrdən qaçan 4 PKK terrorşusu Türkiyənin Şırnak vilayətinin Silopi qəsəbəsində, Suriyanın şimalındakı terror qruplarından qaçan bir PKK/YPG terrorçusu isə Nusaybin qəsəbəsindəki sərhəd məntəqəsinə təslim olub”.

TSQ qətiyyətli anti terror əməliyyatı nəticəsində PKK/YPG terrorçulaırnın təslim olması davam edir.
XƏBƏR LENTİ
SORĞU