12 dek 17:38region

Bakı-Məşhəd reysləri dekabrın 16-dan həftədə iki dəfə olacaq

Bakı-Məşhəd reysləri dekabrın 16-dan həftədə iki dəfə olacaqBakı Star Travel tərəfindən çarter olan, Buta air avia şirkətinin Bakı-Məşhəd reysləri dekabrın 16-dan həftədə iki dəfə həyata keçiriləcək.

Avrasiya.net xəbər verir ki, Bakı-Məşhəd aviareysinin açılması hər gün inkişafda olan Azərbaycan və İran mədəniyyət əlaqələrini daha da genişləndirilməsinə zəmin yaradacaq. "Bakı-Məşhəd" aviareys üzrə uçuşlar davamlı olaraq 1 il müddətində həftədə iki dəfə (1 və 4-cü günlər) həyata keçiriləcək.

Azərbaycan tərəfdən "Bakı Star" turizm şirkəti və "Buta Airlines" şirkəti və daha bir iranlı şirkətlə birgə bu uçuş reysində əməkdaşlıq edirlər.

Baku Star Travelin məlumatına əsasən, 1 ildən sonra zəvvarların sayı çoxalarsa ola bilsin bu uşuşları gündəlik edilsin.

"Uçuşların qiymətinə gəlincə, Bakı-Məşhəd reysi üzrə uçuş birtərəfli 170 manat, ikitərəfli isə 323 manat təşkil edəcək. Bundan başqa bizim 3,4 və 7 gecəlik turlarımız da olacaq".
XƏBƏR LENTİ
SORĞU