12 dek 14:30region

Ermənistan çarəsiz vəziyyətdə: Həkimlər orduya çağırıldı

Ermənistan çarəsiz vəziyyətdə: Həkimlər orduya çağırıldıErmənistan Müdafiə Nazirliyi ehtiyatda olan həkimləri Ermənistan ordusuna xidmətə çağırıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan hökumətinin iclasında çıxışı zamanı Müdafiə naziri David Tonoyan deyib. Çağırışın dekabrın 20-dən yanvarın 20-nə qədər davam edəcəyi vurğulanıb. Orduya ümumilikdə 74 həkimin çağırılacağı qeyd edilib.

İclasda çıxış edən Səhiyyə naziri Arsen Torosyan isə böglərdə xidmətə çağırılacaq həkimləri burada əvəz edəcək kadrların olmadığını etiraf edib:

“Söhbət anestezioloqlar, reanimotoloqlardan gedir. Biz xahiş edirik ki, onlara mümkün qədər xidmətlərini iş yerlərindən uzaq olmayan hərbi hissələrdə keçmək imkanı verilsin”.
XƏBƏR LENTİ
SORĞU