10 dek 08:19region

Bu razılaşma ilə 4 ölkənin planını pozduq - Ərdoğan

Bu razılaşma ilə 4 ölkənin planını pozduq - Ərdoğan
Türkiyənin razılığı olmadan Yunanıstan, Misir, İsrail və Cənubi Kipr Aralıq dənizində təbii qaz boru xəttini reallaşdıra bilməz.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

"Liviya ilə imzalanan razılaşma çərçivəsində birgə axtarış apara biləcəyik. Bu ölkə ilə razılaşma nəticəsində Türkiyə beynəlxalq hüquqi haqlarından istifadə etdi. Daha bir qazma gəmisi alacağıq. Yalnız Aralıq dənizində deyil, Qara dənizdə, hətta beynəlxalq sularda da bu işləri davam etdirəcəyik", - Ərdoğan qeyd edib.

Qeyd edək ki, yuxarıda adları sadalanan ölkələr Aralıq dənizində birgə təbii qaz layihəsini reallaşdırmaq niyyətindədir.
XƏBƏR LENTİ
SORĞU