10 dek 08:17region

Putinlə Zelenskinin görüşü 15 dəqiqə çəkdi: İlk açıqlamalar...

  Putinlə Zelenskinin görüşü 15 dəqiqə çəkdi: İlk açıqlamalar...
Rusiya Prezidenti Vladimir Putin "Normand dördlüyü"nün görüşündə iştirak etmək üçün Fransanın paytaxtı Parisə səfər edib.

Axar.az xəbər verir ki, son 3 ildə ilk dəfə keçiriləcək "Normand formatı" görüşündən öncə Putin Almaniya kansleri Angela Merkel və fransalı həmkarı Emmanuel Makronla bir araya gələcək.

Qeyd edək ki, bu, Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin ilk görüşü olacaq.

***

Parisdə Şərqi Ukraynadakı vəziyyəti müzakirə etmək üçün “Normand formatı” sammitində 4 ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin görüşü keçirilib. Bundan sonra isə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş başlayıb.

Protokola əsasən, görüş 45 dəqiqə davam etməlidir, ancaq görüşün uzanacağı istisna edilmir.

***

Putinlə Zelenskinin təkbətək görüşü cəmi 15 dəqiqə davam edib.

Bu barədə Yelisey Sarayının yaydığı məlumatda deyilir.

***

Vladimir Putin ilk açıqlamasında Zelenski ilə görüşdən razı qaldığını bildirib.

"Yaxşı, razı qaldım", - Putin jurnalistlərin "görüş necə keçdi" sualına su sözlərlə cavab verib.

Zelenski də öz növbəsində görüşü "Çox uğurlu" adlandırıb.

Qeyd edilir ki, genişformatlı görüş zamanı Ukraynadan qaz nəqli də müzakirə edilib. Daha sonra liderlər şam yeməyində söhbəti davam etdiriblər.

Zelenskinin ofisindən danışıqların davam etdiyi qeyd edilib.

***

Zelenskinin mətbuat katibi görüşdə Krım məsələsinin müzakirə edilmədiyini bildirib.
XƏBƏR LENTİ
SORĞU