09 dek 17:43region

"YPG terrorçudur və bütün dünya bunu belə də biləcək" - Hulusi Akar

"YPG terrorçudur və bütün dünya bunu belə də biləcək" - Hulusi Akar Milli Müdafiə Naziri Hulusi Akar: “YPG-nin PKK-dan heç bir fərqi yoxdur. Bundan vazkeçməyimiz mümkün deyil. YPG terrorçudur və bütün dünya bunu belə də biləcək.”

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, “Londonda təşkil edilən NATO zirvəsindən sonra Türkiyə YPG tezislərindən imtina etdi, Baltik və Polşa planlarını təsdiqlədi, bu səbəbdən bu məsələ sona çatdı kimi” bir fikrin ortaya çıxmasına cavab olaraq “Qəti olaraq belə bir şeydən söhbət gedə bilməz. YPG terrorçudur, PKK-nın Suriya qoludur və PKK-dan heç bir fərqi yoxdur. Bundan hər hansı bir şəkildə imtina etməyimiz və ya təxirə salmağımız əsla mümkün deyil. YPG terrorçudur, bunu bütün dünya belə də biləcəkdir.” - deyə bildirib.

Nazir, bu məsələnin qeyri-rəsmi görüşlərdə bütün millətlər tərəfindən qəbul edildiyini xatırladaraq, “Normal zəkaya sahib olan bir insan əlimizdəki məlumatları, sənədləri, fotoşəkilləri görəndə, o hesabatları oxuyanda YPG-nin PKK-nın bir qolu olduğunu, uydurma bir qərargah olaraq bilinən Kandildən əmr aldığını, fəaaliyyət göstərdiyini görür, başa düşür. Ancaq siyasi səbəblər, bəzi hüquq və mənfəətləri qorumaq üçün bütün bunların ifadə edilməsindən çəkinirlər.” - deyə ifadə edib.
XƏBƏR LENTİ
21-01-2020, 16:36
SORĞU