07 dek 11:27region

Gürcüstan Rusiyadan qaçan deputatları Moskvaya verdi

Gürcüstan Rusiyadan qaçan deputatları Moskvaya verdi
Gürcüstan Nijeqorod Şəhər Məclisinin deputatları Vladimir Qluşkov və Aleksandr Qluşkovu Rusiyaya ekstradisiya edib.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan Ədliyyə Nazirliyi yayıb. Məlumata görə, ekstradisiya Gürcüstan Ədliyyə naziri Tea Çulukianinin əmri əsasında həyata keçirilib.

Qeyd edək ki, Qluşkov qardaşları 2018-ci ilin avqustunda Gürcüstanda saxlanılıblar.

Qluşkovlar bundan öncə Moskva tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Hər iki şəxs fırıldaqçılıq və rüşvətxorluqda ittiham olunur.
XƏBƏR LENTİ
Dünən, 08:58
SORĞU