06 dek 13:09region

Rəsulaynlı ticarətçidən Türk ordusuna təşəkkür

Rəsulaynlı ticarətçidən Türk ordusuna təşəkkürRəsulaynda gündəlik həyatın normallaşmasından sonra iş yerini yenidən açan suriyalı ticarətçi türk əsgərinə təşəkkür edib.

Avrasiya.net-in verdiyi məlumata görə, Suriya vətəndaşı türk ordusu sayəsində xilas olduqlarını bildirib: "Türk ordusuna təşəkkür edirik, onların sayəsində xilas olduq. Ərəb olduğumuz üçün işləyə bilmirdik. PKK/YPG qazancımızın yarısını əlimizdən almamış işləməyimizə icazə vermirdi. Evlərimizdən çıxıb bura gəldik, güvəndəyik. Terror təşkilatı bizi nə rahat buraxırdı, nə də yaşamağımıza imkan verirdi. Mən ucqar kənddə yaşayırdım, Hələbə gəlirdim. 20 milyon liramı zorla əlimdən aldılar, pulsuz-parasız qaldım. Türk qardaşlarıma və ordusuna təşəkkür edirəm. Mağazamı açmaqda mənə kömək etdilər. Allah onlardan razı olsun."
- Prezident Ərdoğana təşəkkür
- Prezident Rəcəb Tayyib Ərdoğana və türk ordusuna təşəkkür edən suriyalı "Xalqımıza evlərinə qayıtmağı tövsiyə edirəm. Elektrik var, hər şey qaydasındadır. Allaha şükür hər şey düzəlib. Ən azından artıq işləməyə qadağa yoxdur. Qazancımıza ortaq olurdular, mağazamızı açanda qazancımızın yarısını əlimizdən alırdılar. 20 milyon liramı zorla əlimdən aldılar, pulsuz-parasız qaldım. Yeməyə içməyə heç nəyim yox idi", - deyə bildirib.
XƏBƏR LENTİ
21-01-2020, 16:36
SORĞU