06 dek 11:58region

Serj Sarkisyan məhkəməyə müraciət etdi

Serj Sarkisyan məhkəməyə müraciət etdiErmənistanın 3-cü prezidenti Serj Sarkisyan barəsində açılmış cinayət işinə etiraz bildirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun vəkilləri eks-prezidentin toxunulmazlıq hüququna malik olduğunu və 1 milyon dollar vəsaitin mənimsənilməsi faktı ilə bağlı açılmış işə xitam verilməsini tələb ediblər.

Vəkil Arman Makinyanın sözlərinə görə, istintaq orqanlarının qərarı qanunsuzdur və eks-prezidentin hüquqları qorunmalıdır. Buna görə, Sarkisyanın vəkilləri Ermənistan Baş prokuroruna müraciət ediblər.

İstintaq materiallarına əsasən, 2013-cü il yanvarın 25-dən fevralın 7-nə qədər dizel yanacağı ilə bağlı müsabiqə elan olunub. Sarqsyan tenderdə “Fleş” şirkətinə üstünlük verilməsinə göstəriş verib.
XƏBƏR LENTİ
21-01-2020, 16:36
SORĞU