05 dek 12:16region

Sarkisyana qarşı cinayət işi açıldı - Ermənistanı tərk edə bilməz

Sarkisyana qarşı cinayət işi açıldı - Ermənistanı tərk edə bilməzErmənistanın eks-prezidenti Serj Sarkisyana qarşı cinayət işi açılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinir.

“İbtidai isitntaq zamanı əldə olunan məlumatlara əsasən, Ermənistan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 1-ci bəndi ilə (mənimsəmə) cinayət işi açılıb”-deyə xəbərdə deyilir.

Ermənistan Xüsusi İstintaq Xidməti 2013-cü il yanvarın 25-dən fevralın 7-nə qədər Sarkisyanın bir qrup şəxslə əlbir olaraq 489 milyon dram (1 milyon dollar) mənimsədiyi üzə çıxıb. Prokurorluq Serj Sarkisyanın ölkə ərazisini tərk etməsinə qadağa qoyub.
XƏBƏR LENTİ
SORĞU