04 dek 11:23region

Türkiyə əhəmiyyətli müttəfiqdir - Stoltenberq

Türkiyə əhəmiyyətli müttəfiqdir - Stoltenberq Bəzi dairələr tərəfindən görməməzliyə vurulsa da NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin DEAŞ ilə mübarizə edən ölkələr arasında ilk sırada yer aldığını vurğulayıb.

Avrasiya.net xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq Londonda təşkil edilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində görüşüb.

Stoltenberq görüş zamanı “Türkiyə DEAŞ-a qarşı apardığımız mübarizədə həddindən artıq əhəmiyyətli bir ölkə idi. Türkiyədəki hərbi bazalardan istifadə edilmədən DEAŞ-ın məğlub edilməsi mümkün ola bilməzdi.” deyib.

Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu və bunun üçün sərhədə nəzər salmağın kifayət olduğunu ifadə edən Stoltenberg, “Türkiyə hərbi əməliyyatı dayandırdı. Zorakılıqda ciddi bir azalma var. Bundan sonra siyasi həll üçün səy göstərməliyik”, - deyə bildirib.



XƏBƏR LENTİ
SORĞU