02 dek 07:41region

Gürcü müxalifəti hərəkətə keçir: Gələn həftədən...

Gürcü müxalifəti hərəkətə keçir: Gələn həftədən...
Seçki sisteminin dəyişdirilməsini tələb edən Gürcüstan müxalifəti bölgələrdə genişmiqyaslı aksiyalara başlayır.

Axar.az xəbər verir ki, bu barədə vahid müxalifətin liderlərindən biri Georgi Vaşadze deyib.

“Növbəti həftə bölgələrdəki aksiyalara Kutaisidən başlayacağıq. Cümə axşamı, 14:00-da genişmiqyaslı aksiya keçiriləcək. Bundan sonra digər regionlara keçəcəyik”, - Vaşadze bildirib.

Qeyd edək ki, paytaxt Tiflisdə seçki sisteminin dəyişdirilməsi ilə bağlı bir müddətdir mitinqlər keçirilir.
XƏBƏR LENTİ
SORĞU