20 noy 09:15region

Şok iddia: İranda etirazçılar helikopterlərdən vurulur

Şok iddia: İranda etirazçılar helikopterlərdən vurulur
"Amnesti İnternəşnl" İranla bağlı məlumat yayıb.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, təşkilat etirazlar başlayandan indiyə qədər ən azı 106 etirazçı öldürüldüyünü bildirib. Etirazlar İranın 21 şəhərini əhatə edir. Bəzi məlumatlara görə isə hökumət qüvvələri ilə qarşıdurma zamanı öldürülənlərin sayı 200 nəfərdən çoxdur.

“Amnesti İnternəşnl” bəyan edib ki, binaların damına yerləşdirilmiş snayperlərlər etirazçılara atəş açaraq, onları qətlə yetiriblər. Hətta helikopterlərdən də insanlara atəş açılması barədə məlumatlar var.

Qeyd olunur ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu etirazlar dayandırılmayacağı təqdirdə “qəti addımlar” atacağını bildirib.

“Amnesti İnternəşnl” İran hökumətinin dinc nümayişçilərə qarşı hərbi gücdən istifadə etməsini, nümayişçilərə atəş açılmasını pisləyib.

Öldürülmüş şəxslərin meyitləri onların doğmalarına belə verilmir. Ölənlərin heç bir ekspertizadan keçmədən dərhal basdırılması tələb olunur.

İran Ədalət Nazirliyinin sözçüsü Qulamhüseyn İsmaili mətbuat konfransında bildirib ki, ölkədə sakitlik bərpa olunub.

Lakin sosial mediada yayımlanan video-görüntülər bazar ertəsi gecə bir neçə şəhərdə etirazların davam etdiyini göstərir. Təhlükəsizlik qüvvələrinin küçələrə yeridilməsi də aydın görünür. Ancaq sosial mediada yayılan görüntülərin reallıq kimi qəbul edilməsi xeyli çətindir.

İran rəsmiləri bildirir ki, təxminən min nümayişçi həbs olunub.

Etirazlar zamanı təhlükəsizlik qüvvələri və polis üzvləri də öldürülüb. Agentlik İran tələbələrinə məxsus İSNA agentliyinə istinadən vurğulayır ki, bazar ertəsi Tehran yaxınlığında 3 polis bıçaqlanaraq, qətlə yetirilib.
XƏBƏR LENTİ
SORĞU