18 noy 21:36region

Xüsusi təyinatlılar Tiflisə yeridildi: Parlamentin fəaliyyəti bərpa edildi

Xüsusi təyinatlılar Tiflisə yeridildi: Parlamentin fəaliyyəti bərpa edildi
17:30

Tiflisdə xüsusi təyinatlılar parlamentin qarşısında toplaşan etirazçılara qarşı əməliyyata hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi etirazçılara parlamentin qarşısından çəkilmələri üçün saat yarım vaxt verib.

Polisin su şırnaqlı maşınları hazır vəziyyətə gətirilib.

***

Gürcüstan Daxili İşlər Nazirliyini (DİN) xüsusi təyinatlı dəstələri Tiflisdə parlamentin binası qarşısında etiraz aksiyası keçirən insanları dağıtmağa başlayıb.

Müxalifət DİN-in xəbərdarlığına əməl etmədiyi üçün xüsusi təyinatlılar aksiya iştirakçılarına qarşı su şırnağından istifadə edib.

Su şırnağının tətbiqindən sonra aksiya iştirakçılarının bir hissəsi ərazidən uzaqlaşıb. Qalan insanlar isə polisə müqavimət göstərərək meydanı tərk etmək istəmir.

***

Tiflisdə etirazçılar parlament binasını yenidən bloklamaq niyyətindədirlər.

Report xəbər verir ki, bu barədə qanunverici orqanın binası qarşısında keçirilən aksiyada bildirilib.

Gürcüstan parlamenti isə fəaliyyətini bərpa edib. Büro iclasında çıxış edən spiker Arçil Talakvadze bildirib ki, parlament bütün əsas funksiyalarını yerinə yetirməkdə davam edəcək.

Bu arada, aksiyanın dağıdılması zamanı xəsarət alanların sayı da açıqlanıb. Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, üç nəfər xəsarət alıb ki, onlardan da biri polis əməkdaşıdır.

***

Tiflisdə Gürcüstan parlamenti ətrafında və Rustaveli prospektində keçirilən aksiyanın dağıdılmasından sonra qanunverici orqan fəaliyyətini bərpa edib.

Hazırda parlamentdə büro iclası və çoxluğu təmsil edən fraksiyanın toplantısı keçirilir.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU