18 noy 15:40region

İranda ölənlərin sayı 27-yə çatdı

İranda ölənlərin sayı 27-yə çatdıİrandakı aksiyalar nəticəsində ölənlərin sayı 27-yə çatıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Al Hadath” televiziyası yayıb. Məlumata görə, etiraz aksiyaları 93 şəhərdə keçirilir.

Qeyd edək ki, İran hökuməti benzinin qiymətini 3 dəfə bahalaşdırıb. Ölkədə başlayan etiraz aksiyaları nəticəsində polislə toqquşma qeydə alınıb. Etirazçıların bir sıra dövlət müəəssisələri və banklara hücum etdiyi vurğulanıb. Hüquq-mühafizə orqanları indiyə qədər yüzlərlə etirazçını həbs edib. Bəzi həbslərin etirazçıların evlərinə hücum edilərək, həyata keçirildiyi vurğulanıb. Genişmiqyaslı həbslər Güney Azərbaycan şəhərlərində, özəlliklə də Təbrizdə aparılıb.

Hakimiyyət iğtişaşları yatırmaq üçün ölkədə interneti məhdudlaşdırıb. Son məlumatlara əsasən, ölkənin 93%-də internet təchizatı tam dayandırılıb.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU