18 noy 15:25region

İmpiçment hazırlanır: Azərbaycanlı deputat istefa verdi

İmpiçment hazırlanır: Azərbaycanlı deputat istefa verdiİran Prezidenti Həsən Ruhaniyə impiçment elan edilməsi üçün bəzi deputatlar imza toplamağa çalışır.

Axar.az xəbər verir ki, bu məlumatı İran mətbuatı yayıb. Məlumata görə, deputatlar onu qeyri-effektiv iqtisadi siyasət yürütməkdə, eləcə də yanacağın qiymətinin artırılmasında günahlandırırlar.

Ruhani ilə bərabər deputatlar spiker Əli Laricaninin da istefasını tələb edirlər.

Qərbi Azərbaycan vilayətinin Bukan şəhərindən olan deputat Məhəmməd Qasım Osmani isə istefaya gedib. Osmaninin yanacaq qiymətlərinin artımına etiraz olaraq istefaya getdiyi bildirilib.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU