17 noy 20:35region

Xomeyninin üzüyü yandırıldı - Video

Xomeyninin üzüyü yandırıldı - Videoİranda benzinin bahalaşmasına etiraz olaraq cümə günü başlayan etiraz aksiyaları davam edir.

Axar.az xəbər verir ki, artıq etiraz aksiyaları Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Qəzvin, Zəncan kimi iri şəhərlərində də keçirilib.

Təbrizdə minlərə insan benzinin qiymətinin bahalaşmasıyla əlaqədar küçələrə çıxıb.

Şənbə günü keçirilən aksiyalar gecə saatlarına qədər davam edib, bəzi şəhərlərdə polis dinc nümayişçilərə qarşı güc tətbiq edib. Etirazlar zamanı onlarla etirazçının saxlanıldığı bildirilir.

Şəhriyar şəhərində etirazçılar dini lider Xomeyninin üzüyünə qoyulmuş məşhur heykələ od vurub.

Polisin etirazçılara atəş açması nəticəsində 9 nəfər həlak olub. Etirazçılar dövlət və dini binaları yandırıb, bankalara hücumlar edibər.

***

Benzinin qiymətinin artırılması ilə bağlı Güney Azərbaycanda da başlayan etiraz aksiyalarında millətçi şüarlar səsləndirilib:

* Azərbaycan işləsin, Livan, İraq xərcləsin!

* Azərbaycan işləsin, fars, erməni xərcləsin!

* Azərbaycan milləti, çəkməz bu zilləti

* Azərbaycan oyaqdı, millətinə dayaqdı

* Azərbaycan talandı, Millət oyan, amandı

* Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq

* Azərbaycan əyilməz, türkün beli bükülməz

* Azərbaycan müstəqil olmalıdır-olmalı

* Bizim düşmən burdadır, yalandır Amerikadır

* Nə sağçıyam, nə solçu, millətçiyəm, millətçi

* Azərbaycan var olsun, istəməyən kor olsun!

***

İranın Kirmanşah şəhərindəki benzin qiymətlərinin artmasına qarşı keçirilən etiraz aksiyasındakı toqquşmalar nəticəsində polis zabiti öldürülüb.

Bu məlumatı “Əlcəzirə” televiziyası yayıb. Məlumata görə, toqquşma polis məntəqəsinə hücum nəticəsində baş verib. İran rəsmiləri hələlik insidentlə bağlı heç bir məlumat vermirlər.

***

İranın Yəzd şəhərində polis benzin qiymətlərinin qalxması ilə əlaqədar keçirilən etiraz aksiyaları zamanı 40 nəfər etirazçını saxlayıb.

Bu məlumatı İSNA agentliyi şəhər prokurorluğuna istinadən yayıb. Məlumata görə, saxlanılan şəxslər polis əməkdaşlarına hücumda, vandalizm aktı törətməkdə ittiham olunublar. Saxlanılanların çoxunun Yəzd sakinləri olmadığı bildirilib.

Qeyd edək ki, bundan öncə İranda benzinin qiyməti üçqat artırılıb. Əvvəllər 1000 rial olan benzinin qiyməti 3000 riala yüksəldilib.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU