17 noy 14:09region

Gürcü Arzusu müxalifətin seçki təklifini qəbul etmədi

Gürcü Arzusu müxalifətin seçki təklifini qəbul etmədi
Gürcü Arzusu Partiyası seçki reformu üçün müxalifətin təklif etdiyi alman modelini qəbul etməkdən imtina edib.

Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Georgi Volski deyib. O bu modelin Gürcüstan konstitusiyasına zidd olduğunu bildirib:

“Biz təklifi müzakirə etmişik. Bu barədə müzakirə elə də uzun çəkmədi. Hər kəsə bəllidir ki, alman modeli konstitusiyaya uyğun deyil”, – deyə o bildirib.

Qeyd edək ki, alman modeli təklifi bir müddət əvvəl müxalifət tərəfindən hökumətə təklif edilib. Müxalifət bu modelin tətbiqi üçün konstitusiyaya dəyişikliyin vacib olmadığını bildirib.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU