17 noy 12:49region

Ermənilərin erməniləri güldürən xəritəsi – Foto

Ermənilərin erməniləri güldürən xəritəsi – Foto
Ermənilər növbəti dəfə təxribata əl ataraq ərazi iddialarında əndazəni aşıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ermənişünas İsmayıl Tanrıverdi qeyd edib. O, Fransada yaşayan erməni diasporunun fəal üzvlərindən Lala Hakobyan adlı bir qadının ona Ermənistanın “əsl tarixi xəritə”sini göndərdiyini bildirib.

İ.Tanrıverdi faktlarla erməni qadına layiqli cavab verdiyini deyib. Tarixçi ermənilərin özlərinin belə xəritəyə etiraz etdiklərini bildirib:

“Maraqlıdır ki, bu xəritənin dərc olunduğu saytda 141 nəfər erməninin əksəriyyəti şərh yazaraq, öz narazılıqlarını bu cür bildiriblər: “Ara, bəs Kipr bizim olmayıb axı, onu niyə salmısınız?”, “Axı, mənim bildiyimə görə, bizim torpaqlarımız dənizdən dənizə olub, bəs 3-cü dəniz hardan çıxdı?”, “Avstraliyanı da xəritəyə salsanız, lap əla olardı”, “Əgər bu qədim xəritədirsə, rusca niyə yazılıb?”

İ.Tanrıverdi əslində sözgedən xəritənin yayılmasının bizim xeyrimizə olduğunu, bu saxta xəritələri bütün dünyaya yayaraq erməniləri ifşa edə biləcəyimizi söyləyib.
Ermənilərin erməniləri güldürən xəritəsi – Foto
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU