16 noy 13:18region

İranda benzin bahalaşdı: Əhali ayağa qalxdı

İranda benzin bahalaşdı: Əhali ayağa qalxdı
Ötən gün axşam saatlarında İranın bir sıra şəhərlərində benzinin qiymətinin bahalaşmasına etiraz aksiyaları keçirilib.

Axar.az xəbər verir ki, bu barədə İRNA yazıb.

Məlumata görə, kiçikmiqyaslı etirazlar İranın Məşhəd, Şiraz, Bircənd, Əhvaz və bir sıra digər şəhərlərində keçirilib. Sircan bölgəsində etirazçılar yerli neft anbarını yandırmağa çalışsa da polis əməkdaşları bunun qarşısını alıb.

Xatırladaq ki, İranda kvotadan artıq satılan benzinin qiyməti 3 dəfə bahalaşıb. İranda bundan öncə kvotadan artıq satışa çıxarılan benzinin qiyməti 1000 tümən idi. Hər bir avtomobil sahibi ayda 60 litrə qədər kvota ilə benzin ala bilər.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU