15 noy 10:51region

Gürcü xalqı küçələrə çıxdı – Saakaşvilidən dəstək

Gürcü xalqı küçələrə çıxdı – Saakaşvilidən dəstəkGürcüstanın eks-prezidenti Mixail Saakaşvili Gürcüstan müxalifətinin ölkədə növbədənkənar seçki keçirilməsi ilə bağlı tələbini dəstəkləyib.

Axar.az xəbər verir ki, Saakaşvili bunu “Pirveli” televiziyasına müsahibəsində deyib.

“Gürcüstan müxalifətinin tələblərini alqışlayıram. Bu prosesə aktiv şəkildə qoşulacağam. Gürcüstanı xilas etmək lazımdır. Mənim heç vaxt olmayan qədər ümidim var. Biz gərək Gürcüstan dövlətçiliyini və müstəqilliyini xilas edək, ambisiyalarımızı kənara qoyub, gürcü xalqını dəstəkləməliyik”, – deyə o bildirib.

Saakaşvili öz Feysbuk səhifəsində isə Bidzina İvanişvilini seçiciləri və siyasi partiyaları aldatmaqda ittiham edib:

“Gözlənildiyi kimi İvanişvili hər kəsi aldatdı. Bu rejimin heç bir legitimliyi yoxdur, hər şey bizdən asılıdır. Güc birlikdədir, bizdə hər şey alınacaq”.

Qeyd edək ki, Gürcüstan parlamentində seçki qanunvericiliyinə Konstitusiya düzəlişi ilə bağlı səsvermə baş tutub. Səsvermədə düzəlişin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan 113 səsdən cəmi 101-ni toplamaq mümkün olub. Xüsusilə, Gürcü Arzusu Partiyasının deputatlarının bir qismi səsvermədə iştirakdan imtina edib, bəziləri ilə qanun layihəsinin əleyhinə səs veriblər.

Dünəndən etibarən isə gürcü müxalifəti Tiflisdə parlament binasının qarşısında etiraz aksiyalarına başlayıb. Etirazçılar parlamentin binası qarşısında, Rustaveli prospektində çadırlar qurublar. Yolu açmağa çalışan polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.

Aksiyaçılar növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbləri yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklərini bildiriblər.
XƏBƏR LENTİ
13-12-2019, 11:17
SORĞU