14 noy 13:38region

Məşhur erməni idmançı Moskvada güllələndi

Məşhur erməni idmançı Moskvada güllələndiMəşhur erməni idmançı Aşot Bolyan Moskvada güllələnib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata görə, Bolyanın cəsədi evinin yaxınlığında aşkarlanıb. O, “İnfiniti” markalı avtomobilinin qarşısında güllələnib.

Xatırladaq ki, titullu erməni idmançı 2004-cü ildə Rusiyaya köçərək karyerasına son qoyub. Son zamanlar isə Ümumdünya Erməni Konqresinin İdman Departamentinə, Erməni İdman Federasiyalarının Ümumdünya Assosiasiyasına və Erməni Apostol kilsəsinin Rusiya və Yeni Naxçıvan Yeparxiyasının İdman Departamentinə rəhbərlik edib.
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU