14 noy 09:38region

Ərdoğan Trampa: "Kürd" dediyiniz PKK-dır!

Ərdoğan Trampa: "Kürd" dediyiniz PKK-dır!
Sizin "kürd" deyə nəzərdə tutduğunuz YPG/PKK-dır. Əslində Məzlum Kobani separatçı terror təşkilatının başçısının mənəvi balasıdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda amerikalı həmkarı Donald Trampa söyləyib.

"Mən sizə bəzi sənədləri vermək istəyirəm. Fərhad Abdi Şahin (Məzlum Kobani) Abdullah Öcalanın mənəvi övladıdır", - Ərdoğan qeyd edib.

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana SDQ ilə Türkiyə arasında vasitəçilik məqsədilə göndərdiyi məktub diplomatik nəzakət qaydalarına uyğun olmayan üslubu ilə diqqət çəkmişdi.

Trampın Türkiyəni iqtisadi cəhətdən məhv etməklə təhdid etdiyi məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Kobani adı ilə tanınan Fərhad Abdi Şahinlə görüşməsi tövsiyə edilmiş, keşiş Branson dönəmi (Türkiyəyə sanksiya tətbiqi və dolların kursunun qardaş ölkədə qalxması) xatırladılmışdı.
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU