08 noy 10:14region

İrana qarşı hərəkətə keçməliyik - ABŞ

İrana qarşı hərəkətə keçməliyik - ABŞİranda davam etdirilən nüvə fəaliyyətinə qlobal səviyyədə reaksiya verilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“İranın son hücumları və provokasiyaları səbəbindən narahatlıq keçirən beynəlxalq ictimaiyyət bu ölkənin nüvə silahı ilə necə davranacağını təxmin edə bilər. ABŞ buna əsla icazə verməyəcək. İranın daha da artan bu kimi təxribatları onun nüvə məsələsində hansı mövqe tutduğunu göstərir. İndi isə bütün ölkələr bu nüvə hədəsini rədd etməli və təzyiqləri artırmalıdır. İranın davam edən nüvə provokasiyaları hərəkətə keçməyi tələb edir”, - deyə ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, İran Fordoda uranın 5%-ə qədər zənginləşdirilməsinə başlayıb.
XƏBƏR LENTİ
SORĞU