07 noy 20:31region

Polis toya basqın etdi: bəy və gəlin pəncərədən qaçdı

Polis toya basqın etdi: bəy və gəlin pəncərədən qaçdı
Türkiyənin İstanbul şəhərində hüquq-mühafizə orqanı əməkdaşları azyaşlı evliliyinin qarşısını alıblar.

Axar.az xəbər verir ki, Büyükçekmece rayonunda 14 yaşlı qız (şərti ad - S.T.) və 18 yaşlı oğlanın (şərti ad - A.A.) toy mərasiminin keçirilməsi barədə polisə məlumat daxil olub.

Bu şikayətdən sonra polislər mərasim zalına basqın təşkil edib.

Bəy və gəlin toy iştirakçılarının köməyi ilə pəncərədən qaçaraq ərazidən uzaqlaşsalar da, sonradan ələ keçiblər.

Daha sonra ailələrin dindirilməsi zamanı məlum olub ki, azyaşlının atası yaxın qohumlarının etirazına baxmayaraq qızını zorla evləndirməyə cəhd edib. Məhz elə qohumların polisə məlumatından sonra məsələ bəlli olub.

İfadəsi alınan valideynlər sərbəst buraxılıblar.
XƏBƏR LENTİ
SORĞU