21 okt 20:56region

Moskvadakı tədbirdə Azərbaycan və Rusiya gənclərinin əməkdaşlığı ilə bağlı mühüm çağırışlar - FOTOLAR

Moskvadakı tədbirdə Azərbaycan və Rusiya gənclərinin əməkdaşlığı ilə bağlı mühüm çağırışlar - FOTOLAR
Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbərliyi Rusiya səfəri çərçivəsində yekun görüş-tədbirini Moskva şəhəri Qərb İnzibati Dairəsində keçirdi. Burada QAT və yerli milli-mədəni muxtariyyətlərin koordinasiya şurasının birgə təşkilatçılığı ilə “Rusiya və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində ictimai və gənclər təşkilatlarının rolu” mövzusunda elmi-praktiki konfrans reallaşdırıldı.

Tədbirin aparıcısı “Patriot TV”-nin rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Ceyhun Əliyev iştirakçıları salamladıqdan sonra Azərbaycandan gəlmiş nümayəndə heyətini ayrıca təqdim etdi. Bundan sonra Rusiya və Azərbaycanın dövlət himnləri səsləndi. Həmçinin QAT-ın ərsəyə gətirdiyi Qarabağ aid yaddaş sənədli filmi nümayiş olundu.
Moskvadakı tədbirdə Azərbaycan və Rusiya gənclərinin əməkdaşlığı ilə bağlı mühüm çağırışlar - FOTOLAR
C.Əliyev iki ölkə arasındakı əlaqələrdən bəhs edərkən bir sıra mühüm məqamlara diqqət çəkdi: “Rusiya Azərbaycan üçün çox yaxın, dost və qardaş ölkədir. Bizi ümumi tarix və mədəniyyət birləşdirir. Rusiya Azərbaycanın böyük müttəfiqidir. Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr çoxşaxəlidir. Valday beynəlxalq klubunda bizim prezident İlham ƏIiyev öz çıxışında bəyanladı ki, Avropa Şurasında Rusiyanın mövqeyni müdafiə etdi. Əksəriyyət Rusiyanın yenidən bu qurumda fəaliyyət göstərməsini zəruri sayır. Prezidentimiz də çıxışında dedi ki, Azərbaycan da Rusiyaya investisiya qoyur, ancaq Rusiyannın Azərbaycana qoyduğu investisiya 4 dəfə çoxdur. İnanırıq ki, gələcəkdə bu fərq aradan qaldırılacaq”.

Qarabağ məsələsindən bəhs edən C.Əliyev dedi ki, ərazilərimizin işğalı nəticəsində 1 milyon insanımız didərgin salınıb. “Bizim “qonşular” xaricdə, o cümlədən Rusiyada dotasiya hesabına yaşayırlar. Lakin iqtisadi inkişafına görə Azərbaycan postsovet məkanında 4-cü, Qafqazda 1-ci yerdədir”, o, əlavə etdi. Natiq Rusiya-Azərbaycan əlaqələrinin inkişafına mərhum prezident Heydər Əliyevin zamanından start verildiyini bildirdi. Aparıcı çox mühüm məsələdən bəhs etdi: “Azərbaycanda rus dilinə çox böyük diqqət yetirilir. Hər kəs, bütün dünya ictimaiyyəti həqiqəti bilməlidir, kim dostdur, kim dost deyil”.
Moskvadakı tədbirdə Azərbaycan və Rusiya gənclərinin əməkdaşlığı ilə bağlı mühüm çağırışlar - FOTOLAR
C.Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyinə də diqqət cəlb etdi: “Vasitəçilər nəinki məsələni həll etmirlər, hətta Nikol Paşinyana tribuna verirlər. BMT qətnamələrinə əməl etməyənə BMT tribnunasına çıxış etmək imkanı verilməməlidir! Atəşkəsin bərqərar olunması barədə Bişkek protokolu mövcud olsa da, Ermənistan mütəmadi şəkildə atəşkəsi pozur, insanlarımız qətlə yetirilir. Elə bu yaxınlarda Qazax rayonunda traktorçunu öldürdülər”.

Natiq daha sonra rəsmi Bakının qətiyyətli mövqeyini isbatlayan faktı xatırlatdı: “Azərbaycan prezidenti İlham Əliyev Valday forumunda “Qarabağ Azərbaycandır. Nida işarəsi” dedi. Bu, beynəlxalq aləmə və işalçıya xəbərdarlıq idi”.
Moskvadakı tədbirdə Azərbaycan və Rusiya gənclərinin əməkdaşlığı ilə bağlı mühüm çağırışlar - FOTOLAR
QAT sədri Akif Nağı məruzəsində hər kəsi açıq danışmağa, mövqeyini ifadə etməyə çağırdı: “Biz heç nəyi gizlətməməliyik, hər şeyi açıq deməliyik, çatışmazlıqları göstərməli, çıxış yollarını aramalıyıq”. A.Nağı Rusiya ilə Azərbacan arasında normal əlaqələrin hazırda da davam etdiyini, prezidentlər arasında dostluq münasibətlərinin olduğunu vurğuladı. Ancaq qeyd etdi ki, ictimaiyyət arasında əlaqələr barədə eyni sözləri demək olmaz”. Azərbaycan və Rusiya arasında yaxşı, mehriban münasibətlər var, lakin problemər də mövcuddur”. QAT sədri qeyd etdi ki, Rusiya kimi Azərbaycanın da tarixdə böyük imperiya yaratmaq təcrübəsi var. Bu mənada dedi ki, iki ölkə arasındakı əlaqələr bərabərhüqulu əsaslara söykənməlidir.
Moskvadakı tədbirdə Azərbaycan və Rusiya gənclərinin əməkdaşlığı ilə bağlı mühüm çağırışlar - FOTOLAR ft
A.Nağı “Azərbaycan Qarabağla bağlı Rusiyadan nə gözləyir”, sualına cavab olaraq bəzi fikirlərini bölüşdü. Dedi ki, Rusiya ictimai rəyini bu məsələ ilə bağlı hazırlamaq lazımdır. Çünki ictimai rəy Azərbacanın Rusiyadan nə gözlədiyini bilmir. Burada vətəndaş cəmiyyəti, biznes ictimaiyyəti də öz sözünü deməlidir.

QAT sədri tədbiri canlı olaraq yayımladığına və Azərbaycan həqiqətlərinə diqqət çəkdiyinə görə, Patriot TV-yə, şəxsən Ceyhun Əliyevə təşəkkür etdi. Lakin onu da vurğuladı ki, bu, Rusiya azərbaycanlıları üçün yetərli deyil.

Tədbirdəki çıxışlarda vurğulandı ki, Qarabağın işğaldan azad edilməsi ilə bağlı konsepsiya lazımdır.

Beynəlxalq İslam Assossiasiyasının prezidentinin müşaviri İrşad Yunusov çıxışı zamanı Azərbaycanın təbii gözəlliklərindən bəhs etdi. Dedi ki, ona Azərbaycana gedib oranı görmək xoşbəxtliyi nəsib olub. Xəzəryanı dövlətlərin əlaqələrindən bəhs edən natiq Xəzər sahilindəki ölkələrin, xüsusilə də Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi, daha da inkişaf etdirilməsi zərurətindən danışdı. O, Azərbaycanın turizm sahəsində böyük potensiala malik olduğunu söyləyərək dedi ki, sizin çox zəngin mətbəxiniz var. “Həmçinin ən dadlı pomidor Azərbaycanda yetişir”, söyləyən İ.Yunusov Azərbaycanda gözəl istirahət ocaqlarının olduğunu da vurğuladı. “Mən Azərbaycanda cəmi iki dəfə olmuşam, hər dəfə qonaqprvərlik görmüşəm”, Yunusov razılığını qeyd etdi.

Zaldakı diaspor üzvlərindən birinin “Rusiyadan Dağlıq Qarabağa gedən turistlərin qanunsuz olaraq səfərlərini necə dayandırmaq olar?-sualına isə natiq cavab verə bilmədi.

Filosof, “Fəlsəfi fikir” youtube kanalının rəhbəri, Moskva Energetika İnstitutunun müəllimi Dmitriy Kruqlıx çıxışı zamanı əvvəlcə “burada Rusyanın gənclər təşkilatının nümayındələri varmı”, deyərək sual etdi. Bir neçə nəfərin iştirakına əmin olduqdan sonra bildirdi ki, o, artıq 5 ildir Azərbaycanla məşğul olur və Azərbaycan, Qarabağ məsələsi münaqişə haqda bilirəm: “Rusiyada Azərbaycan dərsliklərinə ciddi ehtiyacımız var, axtarırıq, tapa bilmirik. Azərbaycan təşkilatları niyə Azərbaycan dərsliklərinin Azərbaycan dilində eksportuna şərait yaratmırlar, dəstək vermirlər? Niyə Rusiya gənclər təşkilatları ilə Azərbaycan gənclər təşkilatları arasında əməkdaşlıq yoxdur? Təşkilatlar arasında problem mövcud deyil, sadəcə onlar öz aralarında danışa bilmirlər”. Rusiya və Azərbaycan gənclərini əməkdaşlığa səsləyən gənc filosofun bu çıxışı zalda sürəkli alqışlarla qarşılandı.

Qarabağın tarixi Azərbaycan torpaqlarından ibarət olduğunu deyən Moskva Vəkillər Kollegiyasının sədri Nizami Bəşirov Azərbaycan xanlıqlarından bəhs etdi. O, Azərbaycanın və azərbaycanlıların Qarabağ torpaqlarının azadlığı uğrunda mübarizəyə hazır olduğunu bildirdi.
Politoloq, hərbi ekspert, siyasi elmlər namizədi, Q.Plexanov adına Rusiya İqtisad Universitetinin dosenti Aleksandr Perenciyev çıxış edərək Azərbaycan-Rusiya münasibətlərində ictimai təşkilatların ciddi rol oynamalı olduğunu xüsusi vurğuladı. Bildirdi ki, Rusiyada ictimai rəy çox şeyi həll edir, amma bu rəyin öz-özünə yaranacağını gözləmək lazım deyil: “Fəal azərbaycanlılar bu istiqamətdə çalışmalıdırlar”. O, Azərbaycan mətbuatının Dağlıq Qarabağla bağlı faliyyətinə də tənqid yanaşdı. İddia etdi ki, hələ də aydın informasiya konsepsiyasının olmadığı görünür. Onun fikrincə, media orqanları hələ də ermənilərin etdiklərinə reaksiya verirlər.

Diaspor fəalı Hikmət Cavadov Bakıda keçirilən mitinqlə bağlı A.Nağıya sual etdi: “Mitinqdə əsas məsələ Qarabağın azadlığı şüarı idi. Sizdəmi mitinqi qanunsuz hesab edirdiniz?”. Ardınca təklif etdi ki, qoy YAP Bakıda mitinqlərdən imtina edib Şuşada təyin etsin.

A.Nağı cavab olaraq dedi ki, bizim də mitinqlə bağlı mövqeyimiz bəllidir: “Biz hesab edirik ki, Qarabağla bağlı mitinqlərə nəinki Lökbatan, hətta kənd rayonları ayrılsa belə, yenə də getməliyik. Qanunsuz aksiyalardan imtina olunmalıdır. Bütün ölkələrdə qanunsuz aksiyalara icazə vermirlər, o cümlədən Avropada, Rusiyada. Ona görə də lazımdır ki, icazəli aksiyalar keçirilsin. Bizim yaxın tariximizdə xaos baş verib. Bu mənada hər kəs öz məsuliyyətini dərk etməlidir. O cümlədən hakimiyyətin Qarabağla bağl məsuliyyətini dərk etməsi vacibdir”.

Moskva Aviasiya İnstitutunun tələbəsi Fatimə Allahverdiyeva azərbaycanlıların birləşməsi zərurətindən bəhs etdi. Xanım soydaşımız Qarabağla bağlı BMT qətnamələrinin yerinə yetirilməməsinə etirazını bildirdi. O, Rusuya və azərbaycanlı gənclərin bir yerdə bu müzakirələr aparmasını faydalı saydı.

Tələbə Aynur Rüstəmova isə auditoriyaya müraciətlə cəsarətli çıxış etdi: “Nə üçün sizin övladlarınız bu gün burada iştirak etmirlər. Burda oturanlar özlərini nə dərəcədə potriot hesab edirlər?” Aynur xanım yaşlı nəsillə gənclər arasında əlaqələrin vacibliyini xüsusi vurğuladı.
Rusiya azərbaycanlılarının faəl nümayəndəsi, tanınmış ziyalı, dil, təhsil, mədəniyyət üzrə ekspert Azər Səfərov Rusiya və Azərbaycan dostluğunun möhkəmləndirilməsinin Qarabağ məsələsinin çözümünə həlledici təsir göstərəcəyini bildirdi. Dedi ki, ictimai təşkilatların bu sahədə fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir. A.Səfərovun fikrincə, Rusiya hərbi bazası Gümrüdə qaldıqca, Rusiya-Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri olmadıqca müharibəni başlamaq məqsədəuyğun deyil.

A.Səfərov da diaspor üzvlərinin konsolidasiyası zərurətini önə çəkdi. Dedi ki, bu gün Rusiyada yeganə rəsmi təşkilat AzərRos-dur. Odur ki, bu təşkilata üzv olmaq, onu möhkəmləndirmək lazımdır”. Yerdən bəziləri “Mehribansız” deyərək təklifə reaksiya verdilər və bununla da qurumu hazırkı prezident Mehriban Sadıqovasız təsəvvür etdiklərini nəzərə çatdırdılar. A.Səfərov isə sakitcə “əvvəlcə Mehriban xanıma kömək etmək lazımdır” söylədi.

Çıxış edən gənclər “biz Qarabağ məsələsini özümüz həll edə bilmərikmi” deyə, məruzəçilərə suallar ünvanladılar. Bu mövzuda danışan A.Nağı dedi ki, əgər başqa qüvvələr, güclər müdaxil etməsə, biz Qarabağ məsələsini çoxdan həll edərdik.

Moskva vilayəti Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov çıxışında bildirdi ki, tarix boyunca Azərbaycan Rusiyaya münasibətdə heç vaxt xəyanətkar mövqe tutmayıb: “Amma ermənilər haqqında bunu demək olmaz. Ona görə də belə olan halda Rusiya Azərbaycana qarşı nə üçün bu cür qeyri-obyektiv mövqe sərgiləyir?”

Məruzəçilərdən A.Perinciyev bu sualı cavablandırarkən iddia etdi ki, guya Rusiya Qarabağ məsələsinə aktiv şəkildə qarışmaqdan çəkinir.
Rusiyada fəaliyyət göstərən azərbaycanlı gənclərin AMOR təşkiilatının üzvü Elmar Babayev bildirdi ki, biz milli xüsusiyyətlərimizi saxlamaq şərtilə Rusiya cəmiyyətinə inteqrasiya etməli, özümüzü bu cəmiyyətin bu cəmiyyətin bir hissəsi saymalıyıq: “Yalnız bu halda həm rəğbət qazana, həm də maraqlarımıza cavab verən məsələlərin Rusiya cəmiyyətinə nüfuz etməsinə nail ola bilərik”.
Müzakirələr digər çıxışlarla davam etdi.

Tədbirin yekununda QAT-la Moskva Şəhəri Qərb İnzibati Dairəsi Azərbaycanlıları Milli-Mədəni Muxtariyyət Təşkilatlarının Koordinasiya Şurası arasında əməkdaşlıq memorandumu imzalandı. Bu sənəddə Azərbaycan və Rusiya naminə əməkdaşlıq, Azərbaycan həqiqətlərinin Rusiyada təbliği və digər məsələlər nəzərdə tutulur. Sazişi QAT sədri A.Nağı və Koorsinaskiya Şurasının rəhbəri Əli Kazımov imzaladı. Yekunda Ə.Kzımov konfransın yekunları ilə bağlı fikirlərini səsləndirdi, Azərbaycandan gələn qonaqlara, həmçinin tədbirin digər iştirakçılarına təşəkkürünü bildirdi. QAT rəhbərliyi Qarabağ həqiqətlərindən bəhs edən kitablarını iştirakçılara təqdim etdi.
Bununla da QAT nümayəndə heyətinin Rusiya səfəri başa çatdı.

Elşad PAŞASOY, Musavat.com
Rusiya, Moskva


XƏBƏR LENTİ
Dünən, 11:23
12-11-2019, 15:19
SORĞU