17 okt 10:40region

Fizuli Məmmədov daha bir qazimizə dəstək olacaq

Fizuli Məmmədov daha bir qazimizə dəstək olacaqMoskva şəhəri Azərbaycanlı Vətənpərvərlər Cəmiyyəti Rusiya Azərbaycanlıları İttifaqının və Ümümdünya Azərbaycan Mədəniyyəti Fondunun prezidenti Fizuli Məmmədova muraciət edib.

Bunu Avrasiya.net-ə Moskva şəhəri Azərbaycanlı Vətənpərvərlər Cəmiyyətinin sədri, PATRIOT TV kanalının rəhbəri Ceyhun Əliyev bildirib.

O qeyd edib ki, 16 oktyabr 2019-cu il tarixində Moskva şəhərində, Azərbaycandan qızını mūalicəyə gətirən Qarabağ qazimiz, ehtiyatda olan polkovnik-leytenant Etibar Quliyevə mənəvi dəstək olmaq ūcun, Qarabağ qazisi ehtiyatda olan mayor Elşən Ibrahimovla birlikdə xəstəxanada olduq: "Xəstəni gələn həftə agir və cox bahali bir əməliyyat gozləyir. Qazimizə mənəvi və maddi dəstək olmaq ūçūn Rusiya Azərbaycanlıları İttifaqının və Ümümdünya Azərbaycan Mədəniyyəti Fondunun prezidenti Fizuli Məmmədova mūraciət etdim. Füzuli müəllim, mūraciətimi qəbul edib, xəstəyə hərtərəfli dəstək olacağını bildirdi!
Fizuli Məmmədov daha bir qazimizə dəstək olacaq
Mən bütün Qarabağ qaziləri adından Rusiya Azərbaycanlıları İttifaqının və Ümümdünya Azərbaycan Mədəniyyəti Fondunun prezidenti Fizuli Məmmədova öz minnatdarlığımı bildirirəm.

Dostlar, xəstəmizə Allahdan şəfalar diləyin!"

C.Əliyev onu da əlavə edib ki, PATRIOT TV kanalı olaraq, əməliyyatdan sonra bu haqda film çəkib, sizə təqdim edəcəklər.
XƏBƏR LENTİ
SORĞU