17 okt 08:32region

Ərdoğan Rusiyaya gedir

Ərdoğan Rusiyaya gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-də Soçiyə səfər etməyi planlaşdırır.

Bu barədə Rusiya mediası Türkiyə administrasiyasına istinadən məlumat yayıb.

Bildirilir ki, səfər barədə bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı ilə telefonda danışığı zamanı razılıq əldə edilmişdi.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında liderlər Suriyadakı vəziyyəti və Türkiyə hərbi qüvvələrinin “Barış bulağı” hərəkətini müzakirə ediblər. Danışıqlar əsnasında Putin Ərdoğanı Rusiyaya səfərə dəvət edib.
XƏBƏR LENTİ
SORĞU