16 okt 13:31region

Almaniyada 53 yaşlı azərbaycanlı evində barrikada qurdu

Almaniyada 53 yaşlı azərbaycanlı evində barrikada qurduAzərbaycandan olan 53 yaşlı miqrant Almaniyanın İzerlon şəhərində öz mənzilində barrikada qurub və məmurları intihar etməsi ilə hədələyib.

Virtualaz.org bildirir ki, miqrant deportasiya qərarına hədələməklə etiraz edib. Bundan əvvəl məhkəmə ona Almaniyada sığınacaq verməkdən imtina edib. Miqrasiya idarəsinin rəsmiləri 53 yaşlı kişinin saxlanması üçün polis əməkdaşlarından kömək istəyib, bir müddət sonra o, saxlanılıb.

Bildirilir ki, kişi saxlanıldıqdan özünə xəsarət yetirməyə nail olub və xəstəxanaya yerləşdirilib. Sağaldıqdan sonra onun deportasiyası məsələsi yenidən qaldırılacaq.
XƏBƏR LENTİ
SORĞU