16 okt 02:41region

Ərdoğan Putinin təklifini qəbul etdi

Ərdoğan Putinin təklifini qəbul etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Liderlər Suriyadakı vəziyyəti, eləcə də Türkiyə ordusu ilə Suriyanın hökumət qüvvələrinin toqquşma ehtimalını müzakirə ediblər.

İŞİD-çilərdən də danışan Putin Ərdoğana deyib: "Onsuz da terrorçular azad olmaq və qonşu ölkələrə sızmağa çalışırlar".

Kremlin məlumatında deyilir ki, Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Rusiyaya işgüzar səfərə dəvət edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvətini qəbul edib.
XƏBƏR LENTİ
SORĞU